RU

"Qala Sığorta"da geriləmə - Zərərliliyi artıb

2025-ci ilin yanvar–may aylarında "Qala Sığorta" ASC-nin sığorta haqlarında və ödənişlərində artım müşahidə olunub.

"Valyuta.az" xəbər verir ki, hesabat dövründə şirkətin topladığı sığorta haqları 46 milyon 664 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 897 min manat və ya 6,6% artım deməkdir.

2024-cü ilin yanvar-may aylarında şirkət 43 milyon 767 min manat sığorta haqqı toplaya bilib.

Eyni zamanda, sığorta ödənişlərində də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2025-ci ilin ilk 5 ayında "Qala Sığorta" tərəfindən həyata keçirilən ödənişlərin məbləği 10 milyon 254 min manat olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 milyon 587 min manat və ya 80,1% artım deməkdir. 2024-cü ilin müvafiq dövründə bu göstərici 5 milyon 667 min manat idi.

Şirkətin sığorta haqları artsa da, sığorta ödənişlərinin kəskin şəkildə yüksəlməsi "Qala Sığorta" ASC-nin zərərlilik göstəricilərinin artmasına səbəb olub. 2024-cü ilin ilk 5 ayında hər 100 manat sığorta haqqının 12,94 manatı ödənişlərə yönəldiyi halda, bu ilin eyni dövründə həmin rəqəm 21,97 manat təşkil edib.

Sərvanə Rəmixanova

Избранный
38
50
valyuta.az

10Источники