AZ

Elektron ticarət 1,4 dəfə artıb

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ABA və Mərkəzi Bankın təşkilatçılığı ilə keçirilən “Fintex sammit 2025 – Maliyyə Texnologiyalar Sərgisi”ndə çıxışında cari ilin ilk 4 ayı üzrə ölkə daxilində elektron ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb. 

Onun sözlərinə görə, 2025-ci il aprel ayının sonu üçün bank sektorunun vəsaitləri, təqribən, 54,6 milyard manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz çoxdur.

Ötən ilə nisbətdə vəsaitlərin həcmi ilə yanaşı, artım tempi də yüksəlib. Bununla birlikdə, bankların kredit portfelinin həcmi də son 12 aylıq müqayisədə 14 faiz artaraq, hesabat dövründə 28,1 milyard manata çatıb. Biznes kreditlərinin artım tempi 11 faiz olub. Beləliklə, real sektora verilən kreditlərin həcmi 15 milyard manat olmaqla, ümumi kredit portfelinin 53 faizdən böyük hissəsini əhatə edib. 

Z.Nuriyev onu da əlavə edib ki, cari il aprel ayının sonuna vaxtı keçmiş kreditlərin portfeldəki payı 1,7 faiz təşkil edir. Hesabat dövründə banklardakı depozitlərin ümumi həcmi illik 3,9 faiz artaraq, 36,7 milyard manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin həcmi isə 14,5 milyard manata bərabərdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çoxdur. 

Daha ürəkaçan göstərici isə müddətli əmanətlərin həcmi ilə bağlıdır. Belə ki, 2025-ci ilin aprel ayında fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 9,1 milyard manatı ötüb ki, bu da illik müqayisədə 23,2 faiz artım deməkdir. Bu da əsasən yeni bank müştərilərinin hesabına olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
xalqqazeti.az

10Mənbələr