AZ

Azərbaycan bu il Türkiyəyə 895 milyon dollarlıq qaz ixrac edib

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 894 milyon 915 min dollar həcmində 3 milyard 191 milyon kub metr təbii qaz ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 111 milyon 781 min dollar və ya 11,1% azalıb, həcm ifadəsilə isə 3 milyon 887 min kub metr, başqa sözlə 0,1% artıb.

Qeyd edək ki, 2024-cü ilin ilk dörd ayı ərzində Azərbaycandan bu ölkəyə 1 milyard 6 milyon 696 min dollar dəyərində 3 milyard 187 milyon kub metr təbii qaz ixrac olunmuşdu.

Hesabat dövrünün nəticələrinə görə, Azərbaycanın Türkiyəyə ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 48 qəpik təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici 6 qəpik (11,1%) azalma deməkdir.

Ötən ilin müvafiq dövründə isə Türkiyəyə ixrac edilmiş qazın bir kub metrinin orta ixrac qiyməti 54 qəpiyə bərabər olub.

Seçilən
43
50
fed.az

10Mənbələr