Hacıqabulda yol nəqliyyat hadisəsi baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Şahid Müşfiq oğlu Mənəfovun idarə etdiyi "Opel Astra" minik markalı avtomobil Padar Qışlaq kəndi ərazisində aşıb.
Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan sərnişin 1999-cu il təvəllüdlü Xəyal Valeh oğlu Xəlilli bədən xəsarətləri ilə Ağsu RMX-ya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılaraq istintaqı aparılır.
Mətləb