ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Padar Qışlaq kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Şahid Müşfiq oğlu Mənəfov idarə etdiyi "Opel Astra" minik avtomobili ilə hərəkətdə olan zaman qəfil idarəetməni itirərək aşıb. Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, sərnişin, 1999-cu il təvəllüdlü Xəyal Valeh oğlu Xəlilli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Samir Əli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.