AZ

Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alan var

Hacıqabulda avtomobil aşıb.

İnterpress.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Mənəfov Şahid Müşfiq oğlu idarə etdiyi “Opel Astra” minik markalı avtomobili Padar Qışlaq kəndi ərazisində aşırıb.

Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan sərnişin – 1999-cu il təvəllüdlü Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.”Report”

Seçilən
12
20
interpress.az

10Mənbələr