AZ

Hacıqabulda avtomobil aşdı: Ölən və xəsarət alan var 

  Hacıqabulda avtomobil aşıb.

1991-ci il təvəllüdlü Mənəfov Şahid Müşfiq oğlu idarə etdiyi "Opel Astra" minik markalı avtomobilli Padar Qışlaq kəndi ərazisində aşırıb.

Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan sərnişin 1999-cu il təvəllüdlü Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır. (Report.az)


Seçilən
3
20
referans.az

10Mənbələr