RU

“Turan Tovuz”un hazırlıq planı bəlli oldu

"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub.

Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisi iyulun 1-də "Hünər" təlim-məşq bazasında çalışmalara start verəcək.

Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 6-da Türkiyəyə yola düşəcək.
 

Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq kollektiv iyulun 19-dək məşqlərini burada davam etdirəcək. Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq komanda Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq.


Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri hələlik məlum deyil.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
22
50
bizim.media

10Источники