AZ

“Sabah” Polşa klubunun futbolçusu ilə DANIŞIQ APARIR

“Sabah” klubunun heyətinə cəlb etmək istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi hazırda portuqaliyalı yarımmüdafiəşi ilə danışıq aparır.

Söhbət Klod Qonsalveşdən gedir. Polşanın “Legiya” klubunda oynayan 31 yaşlı futbolçu ilə danışıqlar davam etdirilir. Qonsalveş karyerası ərzində Portuqaliyanın “Tondela”, Fransanın “Trua” və Bolqarıstanın “Ludoqorets” klublarının da şərəfini qoruyub. Onun “Legiya” ilə müqaviləsi növbəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
7
50
bizim.media

10Mənbələr