AZ

“Turan Tovuz” braziliyalı müdafiəçi ilə RAZILIĞA GƏLDİ

“Turan Tovuz” daha bir transferi reallaşdırmağa yaxındır.

Bizim.Media xəbər verir ki, qərblilər brazilyalı Keffel Alvimlə anlaşıb.

Sol cinah müdafiəçisi ilə tezliklə müqavilə bağlanacaq. 25 yaşlı cənubi amerikalı bölgə təmsilçisinin təlm-məşq toplanışı başlayarkən düşərgədə olacaq.

Qeyd edək ki, Braziliyanın “Paysandu” klubuna məxsus olan Keffel son mövsümün ikinci yarısını Portuqaliyada keçirib. Qışda “Portimonense”yə yollanan oyunçu icarə müddəti bitən kimi geri qayıdıb. Daha öncə “Trofense” və “Torrense” klublarında da oynamış müdfəçi, “San Kaetano” yetirməsidir, vətənində “Retro” klubunun da formasını geyib. Keffelin transferi üçün tovuzluların 300 min avro xərclədiyi deyilir. O, zədəsini sağaltmaqda olan Denis Marandiçi ilə rəqabət aparmalı olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
4
50
bizim.media

10Mənbələr