ABŞın nüvə obyektlərinə zərbələr endirdikdən sonra İran artıq nüvə silahı istehsal etmək iqtidarında deyil.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu “The Guardian”a ABŞ-nin vitse-prezidenti Ceym Devid Vens deyib.
"İran nüvə silahına sahib olmağa çox yaxın idi. İndi o, malik olduğu avadanlıqla nüvə silahı yarada bilmir, çünki biz onu məhv etmişik", - deyə siyasətçi vurğulayıb.
Vens bildirib ki, məqsədləri İranın uranı basdırması idi: "Mən uranın basdırıldığına inanıram".
"Məqsəd zənginləşdirməni dayandırmaq və onların həmin zənginləşdirilmiş yanacağın nüvə silahına çevrilməsinin qarşısını almaq idi”, - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az