EN

“Amerikanın zərbələrindən sonra İran artıq nüvə silahı istehsal etmək iqtidarında deyil” - ABŞ-nin vitse-prezidenti

ABŞın nüvə obyektlərinə zərbələr endirdikdən sonra İran artıq nüvə silahı istehsal etmək iqtidarında deyil.

Missiya.Az  xarici mediaya istinadən xəbər verir ki, bunu “The Guardian”a  ABŞ-nin vitse-prezidenti Ceym Devid Vens deyib.

"İran nüvə silahına sahib olmağa çox yaxın idi. İndi o, malik olduğu avadanlıqla nüvə silahı yarada bilmir, çünki biz onu məhv etmişik", - deyə siyasətçi vurğulayıb.

Vens bildirib ki, məqsədləri İranın uranı basdırması idi: "Mən uranın basdırıldığına inanıram".

"Məqsəd zənginləşdirməni dayandırmaq və onların həmin zənginləşdirilmiş yanacağın nüvə silahına çevrilməsinin qarşısını almaq idi”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
62
50
missiya.az

10Sources