RU

Arda Turan təqdim olundu – Ukraynada

Donetsk “Şaxtyor”unun yeni baş məşqçisi Arda Turan komandaya təqdim edilib.

Msport.az xəbər verir ki, bu barədə Ukrayn a təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkiyəli məşqçini futbolçulara Ukrayna klubunun idman direktoru Dario Srna təqdim edib. Daha sonra Arda Turan yeni komandası ilə ilk toplantısını keçirib.

Qeyd edək ki, 38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Arda Turan buna qədər Türkiyə Superliqasında mübarizə aparan “Eyüpspor”u çalışdırırdı. “Şaxtyor” onun baş məşqçi kimi ikinci klubudur.

Избранный
1
39
msport.az

10Источники