AZ

“Turan Tovuz” “Traktor”la yoldaşlıq oyunu keçirəcək

“Turan Tovuz” futbol klubu Cənubi Azərbaycanın tanınmış təmsilçisi “Traktor” komandası ilə yoldaşlıq oyunu keçirməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev paylaşıb.
 

O, şəxsi “Facebook” hesabında “Traktor”un loqosunu paylaşaraq bu görüşə eyham vurub.


Məlumata görə, qarşılaşmanın iyulun 29-da Türkiyənin Bolu bölgəsində baş tutacağı ehtimal olunur. Oyunun rəsmi təsdiqi və əlavə detallarla bağlı yaxın günlərdə açıqlama gözlənilir.

Bizim.Media

Seçilən
13
34
bizim.media

10Mənbələr