RU

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi yarım milyard dolları ötdü

TBİLİSİ, 19 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 523 milyon ABŞ dolları təşkil edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İlk beş ayda Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,3% payla qonşu ölkənin Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra VI böyük ticarət tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 282,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin eyni göstəricisindən 12,4% çoxdur. Azərbaycan Gürcüstanın ixracında 10,9% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Qazaxıstandan sonra III yerdə qərarlaşıb.

Gürcüstanın Azərbaycandan idxalı isə illik müqayisədə 2,7% azalaraq 240,6 milyon ABŞ dolları təşkil edib. Azərbaycan qonşu ölkənin idxalında 3,3% payla ABŞ, Türkiyə, Rusiya, Çin, Böyük Britaniya və Almaniyadan sonra VII əsas idxal tərəfdaşı olub.

Yanvar-mayda Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri 9,79 milyard ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13,3% çoxdur. Qonşu ölkənin ixracının dəyəri 2,59 milyard ABŞ dolları (+14,6%), idxalı isə 7,19 milyard ABŞ dolları (+12,8%) təşkil edib.

Избранный
24
50
teleqraf.com

10Источники