Bu ilin yanvar-may aylarında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 9 milyard 55 milyon 999 min ABŞ dolları təşkil edib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 % çoxdur.

O cümlədən, son 1 ildə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 21,5 % artaraq 7 milyard 838 milyon 195 min ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə 16,8 % artaraq 1 milyard 217 milyon 804 min ABŞ dolları təşkil edib.

5 ay ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 71,2 %, idxalda payı isə 12,2 % təşkil edib.

Hesabat dövründə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Yunanıstan, Çexiya və İspaniya ilə formalaşıb.

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin dəyəri 5 milyard 338 milyon 758 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 5 milyard 126 milyon 165 min ABŞ dolları, idxalın dəyəri isə 212 milyon 593 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 21,1 %, o cümlədən ixrac 21,2 %, idxal isə 17,6 % artıb.

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 680 milyon 441 min ABŞ dolları təşkil edib, o cümlədən ixracın dəyəri 292 milyon 645 min ABŞ dolları, idxalın dəyəri isə 387 milyon 795 min ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsi son 1 ildə 7,6 % artıb, o cümlədən ixrac % azalıb, idxal isə 20,8 % artıb.

Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin dəyəri 357 milyon 770 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 334 milyon 256 min ABŞ dolları, idxalın dəyəri isə 23 milyon 514 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 8,3% artıb, o cümlədən ixrac % artıb, idxal isə 0,6 % azalıb.

Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin dəyəri 336 milyon 26 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 305 milyon 728 min ABŞ dolları, idxalın dəyəri isə 30 milyon 298 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 9,5 % azalıb, o cümlədən ixrac 12,5 % azalıb, idxal isə 37,2 % artıb.

Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsinin dəyəri 102 milyon 876 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 5 milyon 372 min ABŞ dolları, idxalın dəyəri isə 97 milyon 504 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 2,6 % azalıb, o cümlədən ixrac 9,2 dəfə azalıb, idxal isə 73,3% artıb.