Hikmət Hacıyev “Yaşıl dəhliz” təşəbbüsünün Azərbaycanın enerji bağlantısı strategiyasının məntiqi davamı olduğunu və bu istiqamətdə yeni mərhələni ifadə etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın quruda və dənizdə ümumi bərpaolunan enerji potensialı 200 giqavatt həcmində qiymətləndirilir. Məhz bu potensiala əsaslanaraq, Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibi ilə keçəcək kabel layihəsi üzərində çalışır. Bolqarıstan da bu təşəbbüsə qoşulub.
Hikmət Hacıyev qeyd edib ki, hazırda iki istiqamətdə yaşıl dəhliz üzərində iş aparılır: biri Qara dəniz marşrutu üzrə, digəri isə Türkiyə və Bolqarıstan xətti üzrədir. O əlavə edib ki, COP29 zamanı Azərbaycan Mərkəzi Asiya ölkələri, Qazaxıstan və Özbəkistanla Trans-Xəzər bərpaolunan enerji layihələri üzrə Anlaşma Memorandumu imzalayıb.
O vurğulayıb ki, Avropa İttifaqı yeni enerji mənbələrinə ehtiyac duyur və rəqəmsal keçid fonunda yeni elektrik tutumları tələb olunur. Bu baxımdan, Cənubi Qafqaz və Xəzər bölgəsi Avropa üçün həm coğrafi cəhətdən yaxın, həm də etibarlı tərəfdaşdır.
“Bu parametrləri nəzərə alaraq, yaşıl dəhliz şərq-qərb dəhlizinin yeni və strateji komponenti kimi çıxış edə bilər”,- deyə Hikmət Hacıyev bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
10Источники
-
xalqqazeti.azÖlkəmiz ABŞ iqtisadiyyatına da yatırım qoyur ( 19286422)
-
yeniavaz.comABŞ-nin Ukraynaya yardımı 123 milyard dolları keçdi ( 19032724)
-
publika.azABŞ-ın Ukraynaya etdiyi yardımın həcmi AÇIQLANDI ( 19009099)
-
poliqon.infoÇinin ABŞ-a uran tədarükünün əhəmiyyətli dərəcədə azaldığı ortaya çıxıb ( 19008547)
-
baki-xeber.comAzərbaycanda 350 milyard dollar sərmayə - ECO ölkələri üçün bu nə deməkdir?... ( 18987058)
-
ikisahil.azAzərbaycanda çox müsbət sərmayə iqlimi vardır ( 18965776)
-
az.trend.azDünyada baş verənlər Azərbaycanın regional bağlantıda rolunu bir daha ortaya qoydu - Səfir (FOTO) ( 18965473)
-
aia.azÜmumdünya Sülh Forumunda Qlobal Əməkdaşlığa Çağırış ( 18961024)
-
poliqon.azABŞ Ukraynaya hərbi yardımı müvəqqəti dayandırıb ( 18885235)
-
apa.azVan İ: Çin və Aİ beynəlxalq münaqişələrin sülh yolu ilə həllinə kömək etməlidir ( 18879259)