AZ

ABŞ-nin Ukraynaya yardımı 123 milyard dolları keçdi


ABŞ-nin Ukraynaya yardımının həcmi 123,3 milyard dollara çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kil Dünya İqtisadiyyatı İnstitutu (Almaniya) məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin aprelinə qədər hərbi yardımlar 69,5 milyard dollar, maliyyə yardımları 50,1 milyard dollar, humanitar yardımlar 3,7 milyard dollar təşkil edib.
İnstitutun məlumatəna görə, 2025-ci ilin mayından iyulun əvvəlinə qədər yeni tədarüklər həyata keçirilməyib.
ABŞ iyulun 2-də Ukraynaya mühüm “Patriot” qurğularının, zenit-raket komplekslərinin, dəqiq idarə olunan döyüş sursatlarının və 155 mm-lik mərmilərin çatdırılmasını dayandırıb.
Hazırda Pentaqon öz arsenallarını nəzərdən keçirir və Kiyevə uzunmüddətli yardım və Yaxın Şərqdəki əməliyyatlar səbəbindən onların azalmasından narahatdır.
Seçilən
22
50
yeniavaz.com

10Mənbələr