AZ

Azərbaycanda 350 milyard dollar sərmayə - ECO ölkələri üçün bu nə deməkdir?...


Akif Nəsirli: “Bu gün əksər xarici ölkələr Azərbaycana investisiya yatırmaqda maraqlıdır”

“Bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir”. Bunu Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə dünyada ön sıralardayıq.

Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyalar barədə açıqlama verən Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli baki-xeber.com-a bildirdi ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin artması müsbət haldır: “Ancaq məsələ ondan ibarətdir ki, yatırılan investisiyaların səmərəliliyi məsələsi var. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin artması müsbət haldır. Ancaq bu müsbət hal daha çox özəl sərmayələrin hesabına baş verir. Bu yalnız Azərbaycanda deyil, bütün dünyada belədir. Dövlətin qoyduğu kapitalın səmərəlilik dərəcəsi özəl sektorun, sahibkarın qoyduğu investisiyanın səmərəliliyinə çata bilmir. Həmişə özəl sektorun yatırdığı investisiya daha çox gəlir gətirib. Bu nisbəti dəyişmək lazımdır. Hesab edirəm ki, dövlət sərmayələrinin həcmi getdikcə azalmalı, yerini özəl sektora verməlidir. Elə iş görülməlidir ki, özəl sektora yatırılan sərmayə daha çox artsın və bu artım daha çox xarici investisiyada özünü göstərsin. Buna çalışmaq lazımdır.

O da məlumdur ki, bu gün əksər xarici ölkələr Azərbaycana investisiya yatırmaqda maraqlıdır. Xarici investorlar müxtəlif sahələr üzrə yatırım edir”.

Günel CƏLİLOVA

Seçilən
9
17
baki-xeber.com

10Mənbələr