İranda yaranmış böhran fonunda Azərbaycana təxliyə olunan xarici ölkə vətəndaşlarının bir qismi artıq Astara Sərhəd-Gömrük buraxılış məntəqəsindən keçərək ölkəyə daxil olublar.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin mərhələdə Qazaxıstanın 6 vətəndaşı Astaradakı sərhəd məntəqəsindən keçid edərək Azərbaycana daxil olub. Onlar sərhəd-keçid prosedurlarından, pasport qeydiyyatından uğurla keçib, təşkil olunmuş çay süfrəsində iştirak ediblər. Qonaqlar Azərbaycan çayından və yerli şirniyyatlardan dadaraq, göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, Azərbaycan Respublikası bir sıra ölkələrin müraciəti əsasında İranda çətin vəziyyətdə qalan vətəndaşların quru yolla təxliyəsinə dəstək göstərir. Yaxın günlərdə Rusiyanın P. Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyətinin, həmçinin tanınmış rejissor və Rusiya Xalq artisti Fyodr Bondarçukun da daxil olduğu ümumilikdə 90 nəfərə yaxın aktyor və incəsənət nümayəndəsinin Azərbaycandan keçid edərək öz ölkələrinə yola salınması planlaşdırılır.
Astara gömrük-keçid məntəqəsində təxliyyə olunan şəxslərin təhlükəsiz və rahat qarşılanması üçün tibbi heyət, təcili yardım avtomobili və digər zəruri xidmətlər hazır vəziyyətə gətirilib.
Sabutay, Bizim.Media, Cənub bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта