İranla İsrail arasında yaranan qarşıdurma ilə əlaqədar İrandan təxliyə olunan xarici ölkə vətəndaşlarının dövlət sərhədinin Astara buraxılış məntəqəsindən keçidi davam edir.
APA-nın yerli bürosu xəbər verir ki, Qırğızıstanın İrandakı səfirliyinin digər əməkdaşları da artıq Azərbaycandadır.
Onları Azərbaycan tərəfinin nümayəndələri ilə yanaşı Qırğızıstanın Bakıdakı səfirliyinin nümayəndələri də qarşılayıb.
Təxminən 20 nəfərə yaxın səfirlik əməkdaşı evinə yola salınıb.
Qırğızıstanın İrandakı səfirliyinin əməkdaşlarından biri göz yaşları içində bunu bildirdi:
“Mən artıq öz evimdəyəm”.
Qırğız diplomatlar Azərbaycanı öz evi kimi hesab etdi.







