AZ

Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilib

Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.

Bu barədə "Report"un Cənub bürosu xəbər verir.

Görülən müvafiq tədbirlər nəticəsində, bu gün yeddi nəfər diplomatik heyət daxil olmaqla, ümumilikdə 27 Qırğızıstan vətəndaşı quru yolla İrandan Azərbaycana gəlib.

Onlar Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilib. İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

Seçilən
7
7
report.az

10Mənbələr