AZ

22 Qırğızıstan vətəndaşı İran sərhədindən keçərək Azərbaycana təxliyə edildi – FOTO

22 Qırğızıstan vətəndaşı İran sərhədindən keçərək Azərbaycan ərazisinə daxil olub.

Bizim.Media-nın məlumatına görə, onlardan biri bildirir ki, səhər tezdən İran İslam Respublikasının sərhəd keçid məntəqəsində pasportları alınıb və düşündükləri kimi tez yola salınmayıblar.

Bilinməyən səbəblərdən uşaqlarla birlikdə saatlarla saxlanıblar. İndi isə onlara keçməyə icazə verilib.
 

Sevinc dolu göz yaşları ilə deyirlər ki, çox şadıq, çünki bizə qardaş olan ölkədəyik və dövlətinizə təşəkkür edirik.


Təxliyə olunan şəxslərin təhlükəsizliyi və rahatlığı üçün Astara sərhəd-gömrük məntəqəsində bütün zəruri tədbirlər görülür və dövlət orqanları onların vəziyyətini diqqətdə saxlayır.


Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
25
7
bizim.media

10Mənbələr