EN

“Heç kim Ermənistanı bu mövzuda dilə tuta bilməz”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Heç kim Ermənistanı Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmamaq üçün dilə tuta bilməz”.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu fikri Kremlin sözçüsü Dmitri Peskov bildirib. 

“Əlbəttə, heç kim Ermənistanı dilə tuta bilməz. Ermənistanda qəbul edilmiş qanun bu ölkənin hökumətini və bütün dövlət hakimiyyəti orqanlarını Avropa inteqrasiyasına yönəlməyə məcbur edir. Əlbəttə ki, bu, müzakirə mövzusu olacaq”, - Peskov deyib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) mayın 28-29-da Astanada keçiriləcək sammitində iştirak etməyəcəyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
78
34
qafqazinfo.az

10Sources