AZ

Paşinyan yenə gəlmədi Putin müzakirəyə çıxarır

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avrasiya İqtisadi İttifaqına (AİB) üzv ölkələrin liderləri cümə günü Ermənistanın ittifaqda gələcək iştirakı məsələsini müzakirə edəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov mediaya açıqlamasında bildirib.

“Ali Avrasiya İqtisadi Şurası sabah iclas keçirəcək. Düşünürəm ki, bu məsələ bu və ya digər dərəcədə müzakirə olunacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Ali Avrasiya İqtisadi Şurasının iclası Astanada baş tutacaq. Aİİ-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.

Astana sammitində Ermənistan baş naziri iştirak etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
34
axar.az

10Mənbələr