AZ

4 ÖLKƏ BAŞÇISINDAN PAŞİNYANA MESAJ: Putin bu dövlətləri də İrəvana qarşı cəlb edir

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Astana sammitində dörd Avrasiya İqtisadi İttifaqı ölkələrinin liderləri bəyanat qəbul edərək Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryana təqdim ediblər.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib. 

Onun sözlərinə görə, görüşdə İrəvanın mövqeyi ilə bağlı vəziyyət müzakirə olunub. Uşakov deyib ki, dörd ölkənin (Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan) liderləri bəyanatı qəbul edərək, onu Nikol Paşinyana göndəriblər. 

Qeyd edək ki, Rusiya rəhbərliyi Vladimir Putin başda olmaqla, dəfələrlə Ermənistanı təhdid edərək, Avropa İttifaqına yaxınlaşdığına görə, Avrasiya İqtisadi İttifaqından çıxarmaqla təhdid ediblər. İndi isə görünür ki, bu təhdidlərə Aİİ-nin digər üzv dövlətlərinin də liderlərinin cəlb olunmasına cəhd edilir. 

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
34
azpolitika.info

10Mənbələr