EN

“Epik qəzəb” bitdi, təzyiq qalır: Rubio sərt danışdı

ABŞ dövlət katibi Marko Rubio İranla bağlı sərt açıqlamalarla çıxış edib və Vaşinqtonun təzyiq kursunun davam etdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, o bildirib, ABŞ-nin həyata keçirdiyi “Epik qəzəb” əməliyyatının hazırkı mərhələsi başa çatıb.

Rubionun sözlərinə görə, əməliyyat hücum xarakteri daşımır, əksinə beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədi güdür. O qeyd edib ki, bu proses nəticəsində İranın ümumi ticarətinin təxminən 90 faizi dayanıb.

Dövlət katibi əlavə edib ki, ABŞ Hörmüz boğazı ətrafında vəziyyətin müharibədən əvvəlki statusa qaytarılmasını istəyir. Onun fikrincə, bu strateji su yolu İrana məxsus deyil və onun bağlanması heç bir halda qəbul edilə bilməz.

Rubio həmçinin İran rəhbərliyini “tamamilə qeyri-normal” adlandıraraq bildirib ki, dünya Tehran siyasətinin qurbanına çevrilib. O vurğulayıb ki, İranın nüvə enerjisinə sahib olmaq istəyi belə uranın zənginləşdirilməsi proqramını əsaslandırmır.

 

Musavat.com

Chosen
15
23
musavat.com

10Sources