AZ

ABŞ İrana sanksiyalardan yayınmağa kömək edən şirkətləri sanksiyalarla hədələyib

ABŞ-nin Maliyyə Nazirliyi İrana Birləşmiş Ştatların məhdudiyyətlərindən yayınmaqda kömək edən maliyyə institutlarına və kommersiya strukturlarına ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi və Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marko Rubio Ağ Evdə keçirilən brifinqdə bildirib.

"Maliyyə Nazirliyi hazırda İrana daxil olan hər bir dolları müəyyən edir və bloklayır. Buna görə də, İrana qarşı sanksiyalardan yayınmağa kömək edən hər hansı xarici maliyyə təşkilatı və ya kommersiya qurumu ikinci dərəcəli sanksiyalara məruz qalacaq və ABŞ maliyyə sisteminə çıxışını itirəcək", - Rubio bildirib.

Seçilən
4
40
far.az

10Mənbələr