AZ

Rubio: Hörmüz boğazında azı 10 dənizçi həlak olub

İranın Hörmüz boğazını bağlaması fonunda azı 10 mülki dənizçi həlak olub. Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Fox News-un məlumatına görə, Rubio Hörmüz boğazında minlərlə dənizçinin həftələrdir çətin vəziyyətdə qaldığını deyib.

“Onlar təcrid olunublar, aclıq çəkirlər, müdafiəsizdirlər. Artıq azı 10 mülki dənizçi bunun nəticəsində həlak olub”, – Rubio bildirib.

Dövlət katibi əlavə edib ki, ABŞ boğazda qalan gəmilərə və dənizçilərə yardım göstərəcək.

Onun sözlərinə görə, Vaşinqtonun bu istiqamətdə fəaliyyəti müdafiə xarakteri daşıyır.

Aytac 

Seçilən
4
31
anews.az

10Mənbələr