AZ

Neft ucuzlaşır

Dünya bazarlarında neft qiymətləri bu gün səhər saatlarında Asiya ticarət sessiyasında enişini davam etdirib. Qiymətlərə təsir edən əsas amil Yaxın Şərqdə geosiyasi gərginliyin azalması olub ki, bu da bazarda təkliflə bağlı narahatlıqları arxa plana keçirib.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, investorlar eyni zamanda ABŞ-də xam neft ehtiyatlarında qeydə alınan kəskin azalmanı da qiymətləndirirlər. Bu amil müəyyən qədər dəstək versə də, ümumi tendensiyanı dəyişə bilməyib.

Bakı vaxtı ilə saat 04:23-ə olan məlumata görə, iyul ayı üzrə “Brent” nefti fyuçersləri 1,2 faiz ucuzlaşaraq bir barel üçün 108,60 dollara düşüb. ABŞ-ın əsas xam neft markası olan “Qərbi  Texas Nefti” (WTI) fyuçersləri isə 1,4 faiz ucuzlaşaraq 100,88 dollar olub.

Qeyd edək ki, hər iki müqavilə əvvəlki sessiyada da təxminən 4 faiz dəyər itirmişdi.

Seçilən
2
34
vaxt.az

10Mənbələr