EN

AFFA Demçenkonu 1 oyunluq cəzalandırdı – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 26-cı turu ilə bağlı qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısı ilə sizi də tanış edir:

Premyer Liqa, 26-cı tur

“Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Zirə” 2000 manat cərimə edilib. Oyunun 53-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Şamaxı” buna görə 1000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Sabah” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası 700 manat cərimə edilib. Oyun bitdikdən sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Naxçıvan komandası buna görə 2500 manat cərimə ödəyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
34
11
arena.az

10Sources