Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov “Valerenqa”da bir həftəlik təcrübə proqramında iştirak edir.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Çodarov UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveçin aparıcı klublarından biri olan “Valerenqa”nın düşərgəsinə yollanıb. O, təcrübə müddətində “Valerenqa”nın əsas komandasının baş məşqçisi Geir Bakke ilə görüşüb. Görüş zamanı tərəflər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb, məşq prosesinin təşkili və iş prinsipləri ilə yaxından tanışlıq baş tutub.
Proqram çərçivəsində millimizin məşqçisi komandanın məşqlərini izləyib və iş prosesi ilə yerində tanış olub. Elnur Çodarov “Valerenqa”nın baş məşqçisinə üzərində adı yazılmış Azərbaycan millisinin formasını hədiyyə edib.

