EN

“ABŞ peşman olacaq” İran Trampın açıqlamalarına reaksiya verdi

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ lideri Donald Trampın İrana qarşı sərt hərbi təhdidlərinə Tehrandan diqqətçəkən cavab verilib. 

İran Silahlı Qüvvələrinin sözçüsü İbrahim Zülfiqari bildirib ki, Tehran hərbi əməliyyatları davam etdirəcək və ABŞ tərəfi bundan peşman olacaq. Onun sözlərinə görə, ABŞ və İsrailin İranın hərbi gücü ilə bağlı qiymətləndirmələri yanlışdır və qarşıdakı əməliyyatlar daha intensiv və təsirli olacaq.

Digər tərəfdən, İran liderinin baş müşaviri Əli Əkbər Velayəti Hörmüz boğazı ilə bağlı açıqlama verib. O bildirib ki, boğaz dünya üçün açıq olsa da, İranın düşmənləri və onların bölgədəki hərbi bazaları üçün bağlı qalacaq.

Xatırladaq ki, müharibənin 34-cü günündə Amerika xalqına müraciət edən Tramp İran müharibəsində 13 ABŞ hərbçisinin öldüyünü açıqlayıb. O bildirib ki, yaxın 2–3 həftə ərzində İranın hərbi hədəflərinə ağır zərbələr endiriləcək.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
50
azpolitika.info

10Sources