ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Yaxın Şərqdəki əməliyyatını iki-üç həftə ərzində başa çatdıracaq. Eyni zamanda Tramp İranın bir daha heç vaxt nüvə silahı əldə edə bilməyəcəyinə əminliyini ifadə edib.
Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, Donald Trampın nə qədər qeyri-ciddi bəyanatlar verdiyinin fərqindədir:
"Tramp özünə o qədər vurulub ki, açıqlamaları ilə özünün hər şeyə qadir olduğunu demək istəyir. Amma Tramp İran əməliyyatında, o cümlədən Yaxın Şərqdə yaranmış vəziyyətdə, xüsusən Hörmüz boğazı ətrafında yaranmış vəziyyətə görə çox çətin durumdadır və özü də başa düşür ki, o, düşünmədiyi bir vəziyyətlə üzləşib. Yəni düşünürdü ki, qısa bir müddətə İranda rejim dəyişikliyi həyata keçiriləcək, istədiyini alacaq, çünki Venesueladan onun üçün çox pis bir təcrübə qalmışdı".
Müsahibimizin sözlərinə görə, bu gün Yaxın Şərqdə baş verən bütün bu məsələlərdən Tramp çox narahatdır:
"Son məlumat odur ki, Tramp Amerika xalqına İran əməliyyatları ilə bağlı müraciət edəcək. Düşünürəm ki, Tramp İranda rejim dəyişikliyinə nail olduqlarını bəyan edəcək. Tramp fikirləşir ki, dünyanın ən böyük qüdrətli ölkəsinin rəhbəridir, nə desə ona inanacaqlar. Amma dünya da ona inanmır, çünki onun qeyri-ciddi bəyanatları, qeyri-ciddi yanaşması artıq dünyada bir məzhəkəyə çevrilib. İran ali dini liderini itirsə də, yenisini seçib. Trampın düşdüyü vəziyyət onun üçün heç də xoş deyil. Seçki öncəsidir, bəyanatları ona hesablanıb ki, tərəfdarlarını itirməsin".
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.