EN

İspaniya ABŞ-nin hərbi təyyarələrini ölkəyə buraxmadı

İspaniya hökuməti İrana hücumlarda iştirak edən ABŞ təyyarələri üçün hava məkanını bağlamaq qərarına gəlib. Metbuat.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb. Xəbərdə deyilir ki, bundan əvvəl ABŞ təyyarələrinə öz dəniz və hava bazalarından istifadəni qadağan edən İspaniya hökuməti indi də ölkənin hava məkanını Avropa ölkələrində yerləşən ABŞ təyyarələri üçün bağlayıb. ABŞ hərbi təyyarələri yalnız fövqəladə hallarda İspaniya hava məkanından istifadə edə bilər. İddialara görə, İspaniya hökumətinin qərarından sonra ABŞ administrasiyası Moron de la Fronteraya B-52 və B-1 bombardmançı təyyarələri yerləşdirmək planından imtina edib.

Qeyd edək ki, bundan əvvəl, İspaniyanın ABŞ-yə Rota və Moron de la Frontera bazalarından istifadəyə icazə verməkdən imtina etməsi iki ölkə arasında böhran yaratmışdı.

Chosen
1
29
metbuat.az

10Sources