AZ

NATO-da parçalanma – İspaniya səmasını ABŞ hərbi təyyarələrinə bağladı



İspaniya hökuməti İranla müharibədə iştirak edən ABŞ hərbi təyyarələri üçün ölkənin hava məkanını tamamilə qapadıb və strateji aviabazalardan istifadəyə qəti qadağa qoyub.

Aia.az xəbər verir ki, "El País" nəşrinin hərbi mənbələrə istinadən yaydığı məlumata görə, rəsmi Madrid həmçinin Rota və Moron-de-la-Frontera birgə hərbi bazalarının İrana qarşı döyüş əməliyyatları və ya yanacaqdoldurma məqsədilə istifadəsini qadağan edib.

Baş nazir Pedro Sançez tərəfindən verilən bu qərar Vaşinqtonu ciddi logistik problemlərlə üz-üzə qoyub və ABŞ-ın Moron bazasında "B-52" və "B-1" strateji bombardmançı təyyarələrini yerləşdirmək planlarından imtina etməsinə səbəb olub. Qadağa təkcə İspaniya ərazisindən kalkan təyyarələrə deyil, həm də digər müttəfiq ölkələrdən gələrək İspaniya üzərindən keçmək istəyən hərbi hava vasitələrinə şamil edilir.

ABŞ Prezidenti Donald Tramp İspaniyanın bu addımını "NATO müttəfiqliyinə xəyanət" adlandıraraq Madridə qarşı sərt ticarət sanksiyaları tətbiq edəcəyi ilə hədələsə də, İspaniya tərəfi beynəlxalq hüquqa zidd hesab etdiyi bir müharibədə iştirak etməmək prinsipində israrlı olduğunu bəyan edib.

Qeyd olunur ki, İspaniyanın bu demarşı ABŞ-ın Aralıq dənizi üzərindəki hərbi logistikasını əhəmiyyətli dərəcədə zəiflədib və NATO daxilində son illərin ən böyük diplomatik böhranına yol açıb.



Seçilən
13
29
aia.az

10Mənbələr