İspaniya İrana qarşı hərbi əməliyyata qatılan təyyarələrə hava məkanını bağlayıb.
“Cebheinfo.az” “El Pais” nəşrinə istinadən xəbər verir ki, İspaniya İrana hücumlarda iştirak edən qırıcı və ya tanker təyyarələrinin Rota və Moron de la Frontera hava bazalarından istifadəsini qadağan edib.
Eyni zamanda, Britaniya və Fransa kimi üçüncü ölkələrdə yerləşən Amerika təyyarələrinə də hava məkanını bağlayıb.
Təyyarələrin uçuşuna və enişinə yalnız fövqəladə hallarda icazə verilə bilər.
İspaniya və ABŞ arasında ikitərəfli müqavilədə nəzərdə tutulan bütün tapşırıqlar yerinə yetirilməyə davam edir.
Qeyd edək ki, Madrid Avropada yerləşən təxminən 80000 ABŞ əsgərinin lojistik dəstəyində müntəzəm olaraq iştirak edir.
İspaniyanın cənubunda yerləşən Sevilya Hava Hərəkətinin İdarə Edilməsi Mərkəzi Missuridən qalxan, İranı bombalayan və sonra aerodromlarına qayıdan Amerika bombardmançı təyyarələrinə hava naviqasiyası dəstəyi verir.