AZ

İspaniyadan Trumpı hiddətləndirəcək qərar ABŞ üçün hava məkanını bağladı

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

İspaniya hökuməti ABŞ və İsrailin İran hücumlarına reaksiya olaraq hava sahəsini ABŞ döyüş təyyarələrinə bağlayıb. Daha əvvəl Rota (Kadiz) və Moron de la Frontera (Sevilya) hərbi bazalarının istifadəsi qadağan olunmuşdu.

Sherg.az xəbər verir ki, bu qərardan sonra ABŞ B-52 və B-1 bombardman təyyarələrinin Moron de la Fronteraya yerləşdirilməsi planını ləğv edib. Hava sahəsi yalnız təcili hallarda istisna təşkil edir.

ABŞ təyyarələri İran geri dönüşündə artıq İspaniya üzərindən keçməyərək Cəbəllütariq Boğazı vasitəsilə İngiltərəyə yönəldilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu qərardan əvvəl İspaniyanı tənqid etmiş və ticarət əlaqələrini dayandırmaqla hədələmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
sherg.az

1Mənbələr