EN

İsrail İranda 170 hədəfi vurdu – VİDEO

İsrail ordusu son 24 saat ərzində İranda 170 hədəfə zərbələr endirib.

Musavat.com xəbər verir ki, hücumlar zamanı ümumilikdə təxminən 400 sursatdan istifadə edildiyi bildirilib.

Məlumata görə, martın 30-da İsrail Hərbi Hava Qüvvələri Tehran daxil olmaqla ölkə ərazisində yerləşən hərbi və sənaye obyektlərinə növbəti aviazərbələr həyata keçirib. 

Zərbələrin əsasən silah istehsalı ilə bağlı infrastrukturu hədəf aldığı qeyd olunur. Bildirilir ki, hücumlar çərçivəsində müxtəlif növ silahların hazırlanmasında istifadə olunan komponentlərin istehsal edildiyi mərkəzi müəssisə vurulub.

Bununla yanaşı, pilotsuz uçuş aparatları üçün mühərrik istehsal edən obyektlərə, həmçinin silah komponentlərinin hazırlandığı sənaye kompleksinə və tədqiqat-inkişaf mərkəzlərinə də zərbələr endirilib.

 

Musavat.com

Chosen
33
50
musavat.com

10Sources