EN

Maduro və həyat yoldaşı ABŞ dəki həbsxanadan müraciət etdilər

Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Nyu-Yorkda federal həbsxanada saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ilk dəfə Venesuela xalqına müraciət edərək onlara dəstək olduqlarına görə təşəkkür ediblər.

Yeniavaz.com xəbər verir ki, onların bəyanatı şənbə günü Maduronun Facebook səhifəsində dərc edilib.

“Məktublarınız və dualarınız bizə çatıb. Hər sevgi sözü, hər qayğı jesti, hər dəstək ifadəsi ruhumuzu qidalandırır və bizi mənəvi cəhətdən gücləndirir”, - deyə bəyanatda bildirilir.

Cütlük həmvətənlərini ölkədə sülhü qorumaq, milli birliyi gücləndirmək, barışıq, bağışlama və birləşmə üçün səy göstərməyə çağırıb:

“Heç kim dialoq, birgəyaşayış və hörmət yolundan yayınmasın, çünki bu, vətən yoludur, xeyirxahlıq yoludur”.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi hədəflərə hücum edərək prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi girov götürüb. Onlar narkotik qaçaqmalçılığında iştirak etməkdə ittiham olunurlar. Maduro və həyat yoldaşı günahsız olduqlarını bildiriblər. Maduro dövründə icraçı vitse-prezident vəzifəsində çalışmış Delsi Rodriqes Venesuelada dövlət başçısı vəzifəsini icra edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
36
yeniavaz.com

10Sources