AZ

Maduro həbsxanadan xalqına müraciət etdi

Yazını böyüt
Yazını kiçilt

Venesuelanın sabiq prezidenti Nicolás Maduro və həyat yoldaşı Cilia Flores həbs olunduqdan sonra ilk dəfə xalqa müraciət ediblər.

Hafta.az xəbər verir ki, onların bəyanatı Maduronun "X" hesabında yayımlanıb. Müraciətdə dəstəyə görə təşəkkür edilib və bunun onlara mənəvi güc verdiyi bildirilib.

Cütlük vətəndaşları sülhün qorunmasına, milli birliyin möhkəmləndirilməsinə və barışığa çağırıb.

Xatırladaq ki, Maduro və həyat yoldaşı 2026-cı ilin yanvarında ABŞ tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb və hazırda Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıblar.

Seçilən
7
36
hafta.az

10Mənbələr