AZ

Maduro ilk dəfə həbsxanadan Venesuela xalqına müraciət edib

Venesuelanın sabiq Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edildikdən sonra ilk dəfə xalqa müraciət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, cütlüyün bəyanatı Maduronun "X" sosial şəbəkəsindəki səhifəsində dərc edilib.

"Məktublarınız və dualarınız bizə çatdı. Hər bir sevgi sözü, hər bir qayğı jesti, hər bir dəstək ifadəsi ruhumuzu doldurur və bizi mənəvi cəhətdən gücləndirir", - müraciətdə deyilir.

Onlar həmvətənlərini ölkədə sülhün qorunması üçün çalışmağa, milli birliyi möhkəmləndirməyə, barışığa, bağışlamağa və birliyə can atmağa çağırıblar.

"Qoy heç kim birgəyaşayış və hörmət dialoqu yolundan dönməsin, çünki bu, vətənin yoludur, bu, yaxşılıq yoludur", - bəyanatda qeyd olunub.

Seçilən
0
3
xezerxeber.az

3Mənbələr