Venesuela Prezidenti Nikolas Maduro ABŞ-də həbsdə saxlanıldığı müddətdə uzun fasilədən sonra ilk dəfə sosial şəbəkələrdə şəxsi müraciət yayımlayıb.
"Yeni Sabah" Musavat.com-a istinadən xəbər verir ki, o, bildirib ki, tərəfdarlarından məktublar və mesajlar alır, onlara göstərilən dəstəyə görə təşəkkür edir.
Maduro və həyat yoldaşı Cilia Flores adından paylaşılan müraciətdə deyilir:
“Mesajlarınızı, məktublarınızı və dualarınızı aldıq. Sevgi və dəstək dolu hər bir söz bizi mənəvi cəhətdən gücləndirir. Biz yaxşıyıq, möhkəmik, sakitik və daim dua edirik”.
Müraciətdə Venesuela lideri ölkədə sülhün, milli birliyin və dialoqun gücləndirilməsinə çağırış edib, vurğulayıb ki, ölkə “barış və qarşılıqlı hörmət” yolu ilə irəliləməlidir.
O, həmçinin, Venesuela vətəndaşlarına və “dünyanın müxtəlif yerlərində olan xoş niyyətli insanlara” həmrəyliyə görə təşəkkürünü bildirib və qeyd edib ki, bu dəstək ona “mənəvi güc və daxili möhkəmlik” verir.
Qeyd edək ki, ABŞ 3 yanvar tarixində Venesuelaya genişmiqyaslı zərbə endirib, nəticədə prezident Nikolás Maduro və həyat yoldaşı Cilia Flores saxlanılaraq Nyu-Yorka aparılıb.
Telegram kanalımız