EN

Maduro həbsxanadan xalqa müraciət etdi

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Venesuelanın sabiq prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores həbs edildikdən sonra ilk dəfə xalqa müraciət ediblər.

Axar.az xəbər verir ki, cütlüyün bəyanatı Maduronun X sosial şəbəkəsindəki səhifəsində dərc edilib.

"Məktublarınız və dualarınız bizə çatdı. Hər bir sevgi sözü, hər bir qayğı jesti, hər bir dəstək ifadəsi ruhumuzu doldurur və bizi mənəvi cəhətdən gücləndirir. Qoy heç kim birgəyaşayış və hörmət dialoqu yolundan dönməsin, çünki bu, vətənin yoludur, bu, yaxşılıq yoludur", - müraciətdə deyilib.

Qeyd edək ki, 3 yanvar tarixində ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat keçirib və Prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Floresi əsir götürərək, ölkədən aparıb. Hazırda ABŞ həbsxanasında olan Maduroya qarşı ittihamlar irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
36
axar.az

10Sources