EN

Tramp: İranın nüvə obyektlərinə ağır zərbə endirilib

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ prezidenti Donald Truşamp ard-arda sərt və mübahisəli bəyanatlarla çıxış edib.

Musavat.com xəbər verir ki, Tramp “Midnight Hammer” (“Gecəyarısı çəkici”) adlandırdığı əməliyyat çərçivəsində İranın nüvə və hərbi obyektlərinə ağır zərbələr endirildiyini iddia edib.

Onun sözlərinə görə, ABŞ qüvvələri İranın “nüvə infrastrukturu, raket ehtiyatları və müdafiə sənayesini” faktiki olaraq sıradan çıxarıb. Tramp bildirib ki, “İran artıq əvvəlki kimi təhdid deyil, əksinə, qaçışdadır”.

ABŞ lideri daha da irəli gedərək, regionun tamamilə dəyişmək üzrə olduğunu vurğulayıb: “Biz təkcə İsraili deyil, bütün Yaxın Şərqi xilas etdik”.

“3554 hədəf qalıb” – əməliyyat davam edir

Tramp əməliyyatların hələ bitmədiyini açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, ABŞ ordusunun qarşısında minlərlə əlavə hədəf var: “Bizim hələ 3554 hədəfimiz qalıb və onlar sürətlə məhv ediləcək. İranın artıq hava hücumundan müdafiə sistemi yoxdur. Müəyyən mərhələdə İranla bağlı növbəti addımı müəyyənləşdirəcəyik”.


NATO-ya sərt ittiham, ərəb ölkələrinə təşəkkür

Tramp çıxışında NATO-nu da tənqid edib və alyansın ABŞ-yə dəstək vermədiyini bildirib. O, “bunu unutmayacaqlarını” deyərək açıq narazılığını ifadə edib.

Bunun əksinə olaraq, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn və Küveytə xüsusi təşəkkür edib və onların əməliyyatlarda iştirak etdiyini iddia edib.

Eyni zamanda bildirib ki, hazırda İranda liderlik böhranı yaşanır və heç kim məsuliyyəti üzərinə götürmək istəmir.

Hörmüz mesajı və danışıqlar siqnalı

Tramp çıxışında Hörmüz boğazı məsələsinə də toxunaraq, İranın bu strateji keçidi açmalı olduğunu vurğulayıb. O, paralel olaraq danışıqların da davam etdiyini bildirib:

“Əgər razılaşma əldə edə bilsək, bu, əla olar. Amma onlar Hörmüzü açmalıdırlar”.

Qasım Süleymani barədə sərt sözlər

ABŞ prezidenti daha əvvəl aradan götürülmüş Qasım Süleymani haqqında da danışaraq, onu “dəli, amma güclü lider” adlandırıb və onun öldürülməsinin İran rəhbərliyi daxilində gizli məmnunluq yaratdığını iddia edib.

 

Musavat.com

Chosen
7
50
musavat.com

10Sources