AZ

Tramp İranın “hədiyyəsi”ndən danışdı

“İranın “hədiyyəsi” 8 neft tankerinin keçidinə icazə oldu”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında çıxış edərkən deyib.

O, İranla aparılan danışıqlarla bağlı diqqətçəkən açıqlama verib.

Trampın sözlərinə görə, Tehranın ABŞ-yə “hədiyyəsi” kimi qiymətləndirdiyi addım 8 neft tankerinin Hörmüz boğazından keçməsinə icazə verilməsi olub.

O qeyd edib ki, İran rəsmiləri danışıqlar zamanı ABŞ-yə jest olaraq bu addımı atacaqlarını bildiriblər.

“Onlar dedilər ki, “həqiqi və möhkəm danışıqçılar olduğumuzu göstərmək üçün sizə 8 gəmi dolusu neft verəcəyik”, - Tramp vurğulayıb.

ABŞ Prezidenti əvvəlcə bu təklifi ciddi qəbul etmədiyini, lakin daha sonra televiziya reportajında Hörmüz boğazından keçən neft tankerləri ilə bağlı xəbəri izlədikdən sonra fikrinin dəyişdiyini bildirib.

Onun sözlərinə görə, sonradan İran tərəfi bu sayı artıraraq, daha iki tankerə də icazə verib və ümumilikdə 10 neft tankerinin keçidi mümkün olub.

Tramp əlavə edib ki, sözügedən gəmilərin bəziləri Pakistan bayrağı altında üzürdü.

Seçilən
15
2
redaktor.az

3Mənbələr