AZ

Tramp: “İran artıq yalvarır” KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son hərbi əməliyyatların nəticələrinə dair bir sıra kəskin bəyanatlarla çıxış edib. Prezident bildirib ki, İranın raket infrastrukturuna sarsıdıcı zərbə vurulub, buraxılış qurğularının 90%-i və raket ehtiyatlarının böyük hissəsi məhv edilib.

Onun sözlərinə görə, qarşı tərəfin əlində artıq ciddi bir hərbi texnika qalmayıb və onlar artıq oyuna qayıda bilməzlər. Tramp vurğulayıb ki, hazırda İran tərəfi hər hansı bir razılaşma əldə etmək üçün yalvarır və öz məğlubiyyətlərini, baş verənlərin bir fəlakət olduğunu artıq dərk edirlər. Prezident əlavə edib ki, əgər düzgün şərtlər daxilində razılaşma əldə olunarsa, Hörmüz boğazı yenidən açıla bilər.

KONKRET.az xəbər verir ki, Tramp öz çıxışında müttəfiqlərə və beynəlxalq təşkilatlara da sərt mesajlar ünvanlayıb. O, Britaniya aviadaşıyıcılarını ABŞ-ın hərbi gücü ilə müqayisədə “oyuncaq” adlandıraraq, Londonun bu proseslərə cəlb olunmaq istəmədiyini qeyd edib. Bu hadisələrin NATO üçün bir sınaq olduğunu deyən Tramp, ABŞ-a kömək etməyən ölkələrin bu mövqeyini bir neçə aydan sonra “xatırlayacağını” və bu laqeydliyin unudulmayacağını bildirib. Sonda o, İranın Ali Rəhbərinin artıq həyatda olmadığını rəsmən təsdiqləyərək, onu “o qədər də ali olmayan manyak” adlandırıb və bu şəxsin dayandırılmasının vacibliyini vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
50
konkret.az

10Mənbələr