EN

SEPAH Amerika və İsrailə işləyən 103 nəfəri həbs edib

SEPAH-ın Kəşfiyyat Təşkilatı müharibənin əvvəlindən bəri 103 Amerika-İsrail muzdlusunun həbs olunduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki bu barədə İran mətbuatı yazıb. 

Bildirilib ki, muzdlulardan dördü Tehranın elektrik şəbəkəsi infrastrukturunu sabotaj etmək niyyətində olub. 

Həmçinin, dörd nəfərdən ibarət daha bir qrup küçələrdə təhlükəsizliyi pozmaq istəyiblər. 

Beş silahlı da nəzarət məntəqələrinə hücum etmək istəsələr də, həbs ediliblər: "Düşmən media orqanlarına həssas ərazilərin koordinatlarını və hücum yerlərinin görüntülərini göndərən 90 xain barəsində lazımi tədbirlər görülüb.

16 Starlink cihaz sahibi və 400 kibertəhlükəsizlik aləti satıcısı barəsində də zəruri tədbirlər görülüb". 

Ağarza Elçinoğlu 

Chosen
55
50
unikal.az

10Sources