İranla müharibədə hərbi əməliyyatların şiddətlənməsindən bəri Livanda ən azı 800 "Hizbullah" döyüşçüsü öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.
İMQ bildirib ki, onların arasında hərəkatın elit "Radvan" bölməsinin yüzlərlə üzvü də var.
Bu arada, Livan Səhiyyə Nazirliyi Livandakı döyüşlərdə ən azı 1189 nəfərin öldüyünü bildirib. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, onlar həftəsonu Hizbullahın təxminən 170 hədəfinə zərbələr endirib və quru qüvvələri Livanın cənubunda əməliyyatlarını davam etdirir.