İran Silahlı Qüvvələri ABŞ hərbi dəstək gəmisinə hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının rəsmi sözçüsü İbrahim Zülfəqari bildirib.
"Bu səhər... ABŞ ordusunu dəstəkləyən gəmiyə İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən Omanın Salalah limanından xeyli məsafədə hücum edilib", - deyə o bildirib.
Xatırladaq ki, daha əvvəl "Əl-Cəzirə" telekanalı Omanın Salalah limanına iki pilotsuz təyyarənin zərbə endirdiyini bildirmişdi. Agentliyin məlumatına görə, hadisə nəticəsində əcnəbi işçi orta dərəcəli xəsarət alıb.
Liman qurğularından birinin kranları da yüngül zədələnib.